Aİ bu iki ölkədən idxal olunan taxıl üçün 95 avro rüsum tətbiq edib

Avropa İttifaqı Rusiya və Belarusdan idxal olunan taxıl üçün 95 avro gömrük rüsumu tətbiq edib.

Olaylar.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Yaxın günlərdə Avropa Komissiyasının bir ton üçün 95 avro rüsum tətbiq edəcəyi gözlənilir", deyə nəşr yazır.

Nəşrin məlumatına görə, bu addımın taxılın qiymətini minimum 50 faiz artıracağı gözlənilir.

Bundan başqa, yağlı bitkilərin toxumları və onların emalı üçün istifadə olunan məhsullara da rüsumların tətbiq olunacağı qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31