“HƏMAS-ın ləğvini başa çatdırmaqda qərarlıyıq”
19 Mart 2024 18:52 Dünyaİsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Rəfahda quru əməliyyatı olmadan Qəzza zolağında qalan HƏMAS batalyonlarının məhv edilməsi mümkün deyil.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
"Biz HƏMAS-ın ləğvini başa çatdırmaqda qərarlıyıq. Bunun üçün Rəfahda qalan batalyonlar ləğv edilməlidir", - o deyib.
Onun fikrincə, qalan batalyonları məhv etmədən HƏMAS-ı hərbi yolla məhv etmək mümkün deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31