Bu ölkədə məktəblərdə tədris DAYANDIRILDI
19 Mart 2024 14:29 DünyaHəddindən artıq isti hava ilə əlaqədar Cənubi Sudanda bütün məktəblərdə tədris dayandırılıb.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Təhsil və Səhiyyə Nazirliklərinin birgə bəyənatında bildirilib.
Qeyd edilib ki, tədrisin yenidən başlaması məqsədilə məktəblərdə tədbirlər artırılıb.
Qeyd edək ki, Cənubi Sudanda temperaturun 41 dərəcəyə yüksələcəyi və isti dalğanın ən azı iki həftə davam edəcəyi təxmin edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31