Türkiyəyə ən çox sərmayəni bu ölkə qoyub – RƏQƏMLƏR

Son 5 ildə (2019-2023-cü illər) Türkiyəyə ən çox birbaşa xarici sərmayəni hollandiyalı investorlar qoyub. 

Olaylar.az Türkiyə Mərkəzi Bankına istinadən xəbər verir ki, hollandlar beş il ərzində 4 milyard 438 milyon dollar birbaşa investisiya edib. 

Beş il ərzində Türkiyəyə ümumilikdə 31 milyard 332 milyon dollar dəyərində birbaşa investisiya qoyulub. İnvestisiyaların 21 milyard 290 milyon dolları Avropa ölkələrindən, 6 milyard 867 milyon dolları Asiya ölkələrindən, 4 milyard 374 milyon dolları Yaxın və Orta Şərqdən, 3 milyard 152 milyon dolları Körfəz, 3 milyard 102 milyon dolları Amerika qitəsinə aid olan ölkələrdən gəlib.

Birbaşa investisiyaların həcminə görə Hollandiyanı 3 milyard 463 milyon dollarla İngiltərə, 2 milyard 903 milyon dollarla ABŞ, 2 milyard 892 milyon dollarla Almaniya, 2 milyard 49 milyon dollarla İspaniya izləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31