Stoltenberq Ermənistana getdi
19 Mart 2024 13:30 DünyaNATO Baş katibi Yens Stoltenberq Ermənistana səfər edib.
Olaylar xəbər verir ki, Stoltenberqi İrəvanın "Zvartnots" hava limanında Ermənistan müdafiə nazirinin müavini və xarici işlər nazirinin müavini qarşılayıblar.
NATO Baş katibi səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçatryanla görüşəcək.
Qeyd edək ki, Stoltenberq regiona üç günlük səfəri çərçivəsində Bakı və Tiflisə görüşlər keçirib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31