Serblər Putini ən hörmətli xarici lider kimi görürlər - ÖZƏL
19 Mart 2024 12:39 DünyaOlaylar.az xəbər verir ki, Serbiyanın Təhlükəsizlik İnformasiya Agentliyinin keçmiş direktoru və Sosialistlər Hərəkatının lideri Aleksandar Vulin bildirib ki, Serbiya vətəndaşları Rusiya prezidenti Vladimir Putini ən hörmətli xarici lider kimi görürlər.
"Bütün xarici dövlət xadimləri arasında serblər ən çox Rusiya prezidenti Vladimir Putini dəstəkləyir. Onun cəsarəti və əzmkarlığı onları cəlb edir və xüsusilə onun Tanrı, millət və ailə kimi ənənəvi dəyərlərdən əl çəkməməsini yüksək qiymətləndirirlər", - Vulin qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31