Rusiya biznesi Ekvatorial Qvineya bazarına girməyi düşünür - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Kamerun və Ekvatorial Qvineyadakı səfiri Georgi Todua bildirib ki, Rusiya biznesi Ekvatorial Qvineya bazarına karbohidrogenlər və mədənçıxarma sahələrində, eləcə də istehlak sektorunda daxil olmaq imkanlarını araşdırır.
"Biz ticarət, iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi məsələsini həll etmək niyyətindəyik. Respublika təkcə karbohidrogenlər sahəsində deyil, həm də mədənçıxarma, turizm, istehlak sektorlarında böyük potensiala malikdir. Biznes artıq Ekvatorial Qvineyaya daxil olmaq imkanlarını araşdırır. Bizim vəzifəmiz iki ölkənin sahibkarlarına təmas qurmağa kömək etməkdir" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31