Azərbaycan telekanalları yeni TV standartına keçir
15 Mart 2024 18:09 Sosial16 mart 2024-cü il tarixində gecə saat 01.00-dan etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının HD yayımı test rejimində DVB-T2 standartına keçiriləcək.
Audiovizual Şuradan verilən xəbərə görə, əhalinin açıq televiziya proqramlarına əlçatanlığının əhəmiyyətini nəzərə alaraq 48-ci TV yayım kanalı ilə aparılan açıq (ödənişsiz) rəqəmsal yerüstü SD yayımın DVB-T standartında qalması təmin olunacaq.
Keçidin əsas məqsədi dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq, ölkəmizdə daha keyfiyyətli televiziya yayımının tətbiqidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31