Çinin cənubunda 5,2 bal gücündə zəlzələ baş verib
06:58 DünyaÇin seysmoloqları Çinin Quansi Çjuan Muxtar Rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alıblar.
Trend-in məlumatına görə, bu barədə Çin Seysmoloji Mərkəzi xəbər verib.
Seysmik aktivliyin episentri Lyuçjou şəhər dairəsinin Liunan rayonunda, 8 km dərinlikdə yerləşib. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
Seysmoloji mərkəzin məlumatına görə, bu zəlzələ son beş ildə bu ərazidə baş verən ən güclü zəlzələ olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31