Vaşinqtonu silkələyən məqam ortaya çıxdı: İran ABŞ-nin bu qədər hərbi obyektini sıradan çıxarıb

İranın ABŞ-nin hərbi infrastrukturuna endirdiyi zərbələrin miqyası ilə bağlı yeni detallar açıqlanıb.

Musavat.com xəbər verir ki, The Washington Post nəşri aktiv döyüş əməliyyatları zamanı ABŞ-nin Müharibə Nazirliyinə məxsus 228 obyektə zərbə endirildiyini yazıb.

Məlumata görə, hücuma məruz qalan obyektlər arasında kazarmalar, yanacaq anbarları və müxtəlif hərbi təyinatlı infrastruktur sahələri yer alıb. Bildirilir ki, dəymiş ziyanın miqyası obyektlərə görə dəyişir - bəzi məntəqələrdə zərər nisbətən az olsa da, bir sıra obyektlərdə ciddi dağıntılar qeydə alınıb.

Nəşr qeyd edir ki, bu rəqəm ABŞ hərbi infrastrukturu ilə bağlı indiyədək açıqlanan ən genişmiqyaslı göstəricilərdən biri hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31