Bu ölkə dövlət gerbini dəyişir

Qazaxıstan dövlət gerbini dəyişir.

Olaylar bildirir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz çıxışında bildirib.

"Qazaxıstanın gerbi qavramaq üçün çox mürəkkəbdir, onun üzərində sovet dövrünün işarələri var", - Tokayev deyib.

O, bu mövzunu müzakirə etməyi və ictimai razılıq əsasında Qazaxıstanın yeni gerbinin ən yaxşı eskizinin hazırlanması üçün müsabiqə elan etməyi təklif edib. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31