“Bu, Rusiyaya qarşı yönəlməyib”

"Rəsmi olaraq bildirirəm ki, Ermənistan heç kimə qarşı hansısa proqramda iştirak etmir və münasibətlərini bunun üzərində qurmur".

Olaylar "News.am"a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin parlamentində çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Ermənistanın Qərb və Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirməsi Rusiyaya və bu ölkə ilə əlaqələrin məhv edilməsinə qarşı yönəlməyib: "Bu, həmçinin, qonşularımıza qarşı da deyil. Məqsədimiz Ermənistanın təhlükəsizliyinin artırılmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31