Məşhur aktyor həbs olundu - FOTO

"Squid Game" serialının ulduzu Oh Young-Sooya təcavüz ittihamı ilə şərti cəza verilib.

Olaylar.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məhkəmə Oh Young-Soonu səkkiz aylıq şərti həbs cəzasına məhkum edib və cinsi zorakılığa dair 40 saatlıq dərslərdə iştirak etməklə cəzalandırıb.

Oh Young-Soo qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, hadisə 7 il əvvəl baş verib. 79 yaşlı aktyor həmkarını qəfil qucaqlayıb yanağından öpüb. Adı açıqlanmayan aktrisa Soonu ona nalayiq şəkildə toxunmaqda ittiham edib.  (sfera.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31