Rusiya Yaxın Şərqdə sabitliyin pozulmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazırdır - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasında deyib ki, Rusiya Yaxın Şərqdə sabitliyin pozulmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazırdır.
"Biz beynəlxalq ictimaiyyəti İsrailin Qəzza zolağında hərbi əməliyyatını dayandırmaq istiqamətində işi davam etdirməyə çağırırıq - bu məsələnin həlli təkcə Qırmızı dənizdə deyil, həm də Yaxın Şərqin digər hissələrində vəziyyətin sabitləşməsi üçün əsas olacaq. İsrailin hərəkətləri haqlı qəzəb doğurur", - deyə o bildirib.
"Digər əsas amil uzun müddətdir davam edən Fələstin məsələsidir", - Polyanski əlavə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31