Avropa Ukraynaya hərbi yardımda ABŞ-ı əvəz edə bilməz - ÖZƏL
15 Mart 2024 11:19 DünyaOlaylar.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib ki, Ukraynaya hərbi yardımın həcminə görə Avropa ABŞ-la müqayisə oluna bilməz və bu baxımdan ABŞ-ı əvəz edə bilməz .
Avropa İttifaqının Ukraynaya ABŞ-ın yardımını əvəz edəcək qədər miqdarda hərbi yardım göstərə biləcəyi ilə bağlı suala diplomat belə cavab verib:
"Heç kim ABŞ Ordusu və ABŞ-ın hərbi potensialı ilə rəqabət apara bilməz".
Onun sözlərinə görə, Birləşmiş Ştatlar "daha güclü dəstəkçi"dir, çünki "daha güclü hərbi potensiala" malikdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31