Ukrayna münaqişəsinin nəticəsi yaxın aylarda müəyyənləşəcək - ÖZƏL

Ukraynadakı münaqişənin nəticəsi bu yaz və yayda həll olunacaq, ona görə də Qərb Kiyev hökumətinə hərbi yardımını təxirə salmamalıdır, 

Olaylar.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət rəhbəri Josep Borrell Vaşinqtona bildirib .
"Məhz bu yaz, bu yay payıza qədər Ukraynada müharibə ilə bağlı qərar veriləcək", - Borrell deyib.
O bildirib ki, ABŞ siyasətçiləri ilə danışıqları zamanı Rusiyanın qələbəsinin mümkün nəticələrini müzakirə edib. 
"Növbəti aylar həlledici olacaq" deyən Borrel, "nə etmək lazımdırsa, onu tez etmək lazımdır" deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31