Həmas-ın girovlarla bağlı yeni mövqeyi qeyri-realdır — ÖZƏL

Olaylar.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, bu yaxınlarda Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən açıqlanan israilli girovların azad edilməsinə dair razılaşma təklifi real deyil.
"Həmas qeyri-real tələblərə sadiq qalır. Məsələ ilə bağlı yenilik cümə günü hərbi və təhlükəsizlik kabinetlərinə təqdim olunacaq", - baş nazirin ofisinin bəyanatında deyilir.
Kan radiosunun məlumatına görə, HƏMAS öz ilkin şərtlər siyahısını Qətər vasitəçilərinə təqdim edib. Məlumata görə, sənəd hərbi kabinetin iclasından sonra İsrailin müzakirəçilər qrupuna çatdırılıb, ona görə də nazirlər sabah yenidən bir araya gələcəklər.
Sənədin məzmunu ilə tanış olan mənbə bildirib ki, yeni təkliflər müəyyən "müsbət tendensiya"nı əks etdirir və "razılaşma mümkündür". Kanın sözlərinə görə, İsrail son hadisələrə "ehtiyatlı nikbinliklə" baxır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31