Rusiyanın insan haqları üzrə müvəkkili BMT-ni Ukraynanın mülki şəxslərə hücumunu pisləməyə çağırıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın insan haqları üzrə komissarı Tatyana Moskalkova BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkü və beynəlxalq insan haqları təşkilatlarını Ukraynanın Rusiyanın mülki əhalisinə qarşı törətdiyi təxribat aktlarını pisləməyə çağırıb.
"Hərbçilərin hərəkətləri seçki prosesini pozmaq, çaxnaşma salmaq, Rusiya vətəndaşlarının iradəsini sərbəst nümayiş etdirməsinə mane olmaq məqsədi daşıyır. Mən BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığını, beynəlxalq insan haqları təşkilatlarını dinc əhaliyə qarşı təxribatı qəti şəkildə dayandırmağa çağırıram", - ombudsman Belqorodda mülki əhaliyə, Belqorod və Kursk vilayətlərinin yaşayış məntəqələrinə yeni zərbələrlə bağlı bildirib.
Moskalkova bəyan edib ki, Rusiya prezidentinə səs vermək imkanı bütün vətəndaşlar üçün tam təmin olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31