Paşinyan Qazaxla həmsərhəd olan Tavuş bölgəsinə getdi
18 Mart 2024 13:51 DünyaErmənistan Baş naziri Nikol Paşinyan Qazaxla həmsərhəd olan Tavuş bölgəsinə səfər edib.
Olaylar.az bildirir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan Qazax rayonu ilə həmsərhəd olan regiona səfəri çərçivəsində Əskipara, Bağanis və digər kəndlərdə yaşayan sakinlərlə görüşlər keçirir.
Qeyd edək ki, Paşinyan sonuncu mətbuat konfransı zamanı bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası Tavuş vilayətindən başlayacaq. O, mətbuat konfransında Tavuşa gedəcəyini və vəziyyəti yerində öyrənəcəyini də qeyd etmişdi. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31