Vladimir Putin prezident seçkisində qalib gəldi - RƏSMİ
18 Mart 2024 10:10 DünyaRusiyada baş tutmuş prezident seçkisində bülletenlərin 99,43 faizi hesablanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat verib.
Nəticələr görə, Vladimir Putin 87,32 faiz səslə liderdir.
İkinci yerdə Rusiya Kommunist Partiyasından Nikolay Xaritonovdur. O, seçicilərin 4,31 faiz səsini qazanıb.
Üçüncü yerdə 3,79 faiz səslə Vladislav Davankov ("Yeni İnsanlar"), sonuncu sırada isə 3,19 faiz səslə Leonid Slutski (RLDP) qərarlaşıblar. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31