İtaliya Avropanın ən böyük sualtı tunelini inşa edəcək

İtaliya, Qərbi və Şərqi Genuyanı birləşdirəcək və Avropada ən böyük sayılacaq sualtı tunelini inşa etməyə hazırlaşır. Tunelin işə düşməsi Genuyanı ekologiyasına töhfə verəcək, çünki şəhərdə 10 hektaradək yaşıl sahə salınacaq.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, tunelin tikintisi liman şəhərinin nəqliyyat sisteminin tam yenidən qurulmasının da əsasını qoyacaq.

İtaliya hökumətinin məlumatına əsasən, uzunluğu 3,4 kilometr olacaq tunel 45 metr dərinlikdə çəkiləcək. Diametri təxminən 16 metrə çatacaq və dünyada dördüncü ən böyük tunel olacaq. Onun tikintisi üçün 1 milyard avro ayrılacaq. Layihənin məsul şəxslərinin sözlərinə görə, işlərin 2029-cu ildə başa çatdırılması planlaşdırılır.

Tunelin inşası nəticəsində 5 mindən çox yeni iş yeri yaranacaq və istismara verilməsi vətəndaşlara hər il səyahətə bir milyon saatdan çox qənaət etməyə və ətraf mühitə mənfi təsirləri azaltmağa imkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31