Bono Rubinyanla görüşdü: Türkiyə-Ermənistan prosesi...
13 Mart 2024 20:25 DünyaABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono İrəvanda Ermənistan parlament sədrinin müavini, Türkiyə ilə danışıqlar aparan nümayəndə heyətinin başçısı Ruben Rubinyanla görüşüb.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, görüşdə Türkiyə-Ermənistan normallaşma prosesinin gedişi müzakirə olunub. Tərəflər Cənubi Qafqazda təhlükəsizliyə dair məsələlərə də toxunublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31