Ermənistan TŞ-nın katibi Lui Bononu qəbul edib

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Lui Bononu qəbul edib.

Olaylar.az  APA-ya istinadən bildirir ki, bu barədə Armen Qriqoryanın "Facebook" hesabında məlumat verilib.

"Biz Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi apardıq", - o deyib.

Görüşdə Ermənistan-ABŞ münasibətləri də müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31