Polşa Ukraynaya qoşun yeritsə, artıq oradan çıxmayacaq - Putin

Polşa Ukraynaya qoşun yeritsə, artıq oradan çıxmayacaq, o, özünün hesab etdiyi torpaqları qaytarmaq istəyir.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin yerli KİV-ə müsahibəsində deyib.

"Polşa qoşunları Ukrayna-Belarus sərhədini bağlamaq, təmas xəttində döyüş əməliyyatlarında iştirak məqsədilə Ukrayna hərbi kontingentini azad etmək üçün Ukrayna ərazisinə daxil olsa, düşünürəm ki, artıq heç vaxt oradan çıxmayacaqlar", - deyə o bildirib.

Onun sözlərinə görə, Polşa tarixən özünün hesab etdiyi torpaqları qaytarmaq istəyəcək.

"Onlar, əlbəttə ki, bu torpaqları qaytarmaq istəyir", - deyə Putin əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31