"Bu məsələdə Rusiyanın rolu yoxdur, özləri can atdılar" - Putin Fransadan DANIŞDI
13 Mart 2024 14:52 Dünya"Fransa Prezidenti Emmanuel Makronun Rusiyaya qarşı hücumları Parisin Afrikada nüfuzunu itirməsi ilə bağlı ola bilər"
Olaylar.az xəbər verir ki, bunu "Rossiya 1" və "RİA Novosti" telekanallarına müsahibəsi zamanı Rusiya lideri Vladimir Putin bildirib.
Putin qeyd edib ki, Fransanın Afrikadakı nüfuzunu itirməsində Rusiyanın rolu yoxdur:
"Bəli, düşünürəm ki, narazılıq var. Lakin Rusiya Fransanın oradan sıxışdırılıb çıxarılmasında heç bir rol oynamayıb. Afrika dövlətlərinin rəhbərləri Moskva ilə əməkdaşlığa özləri can atıblar".
Xatırladaq ki, Makron ötən həftələrdə Fransa hərbçilərinin Ukraynaya göndərilə biləcəyi ehtimalından danışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31