Rusiya səfiri Moldova XİN-ə ÇAĞIRILDI
12 Mart 2024 12:50 DünyaRusiya səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Olaylar.az xəbər verir ki, səfirin martın 17-də Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqədar Moldovanın Dnestryanı regionunda səsvermə məntəqələrinin açılması planları ilə bağlı mətbuatda yayılan məlumatlarla əlaqədar XİN-ə çağırıldığı bildirilib.
Rusiya xəbər agentlikləri səfir Vestentsovun Moldova XİN-nin binasına daxil olmasının görüntülərini yayıb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31