Vardanyanın arvadının İrəvandakı restoranı satıldı
12 Mart 2024 12:17 DünyaQondarma Dağlıq Qarabağ Respublikasının "dövlət naziri" vəzifəsində çalışmış, Bakıya gətirilərək həbs edilən Ermənistan vətəndaşı Ruben Vardanyanın həyat yoldaşına məxsus İrəvandakı "Kaktus"restoran satılıb.
Olaylar.az bildirir ki, bu barədə yerli "Past" nəşri mənbələrinə istinadən yazıb.
Nəşr qeyd edib ki, Vardanyanın həyat yoldaşı Veronika Zonabendə məxsus biznes - "Kaktus" restoranını iş adamı Narek Nalbandyan alıb.
Nalbandyan restoranın yerində supermarket açmağı planlaşdırır. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31