"Hizbullah" Livanın cənubundan Qolan yüksəklikləri istiqamətində 100 raket buraxıb - KİV
12 Mart 2024 12:15 Dünya"Hizbullah" silahlı birləşmələri Livanın cənubundan Qolan yüksəkliklərində İsrail qoşunlarının mövqelərinə 100 raket buraxıb.
Olaylar xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Məlumata görə, "Hizbullah" gecə saatlarında Livanın şərqində Baalbek şəhərinə avia hücuma cavab olaraq İsrail qoşunlarının mövqelərinə zərbələr endiriblər.
Bundan başqa, Yuxarı Qalileya bölgəsinə də ən azı 30 raketin buraxıldığı qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31