Qırmızı dənizdəki vəziyyət indiyə qədər ərzaq ixracına məhdud təsir göstərir - ÖZƏL
12 Mart 2024 11:59 DünyaOlaylar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) iqtisadçısı Monika Tothova bildirib ki, Qırmızı dənizdəki vəziyyət FAO-nun Ərzaq Qiymətləri İndeksində aylıq əks olunan ərzaq məhsullarının qiymətlərində hələ də öz əksini tapmayıb.
"2023-cü il və 2024-cü ilin əvvəli trayektoriyasına əsasən, FAO-nun Ərzaq Qiymətləri İndeksi fevral ayında 0,7% azalaraq bir il əvvəlki dəyərindən 10,5%, 2022-ci ilin martında çatdığı zirvədən isə 26,8% aşağı olub", - iqtisadçı bildirib.
Ekspert qeyd edib ki, 2024-cü ilin fevralında İndeksin azalması dənli bitkilərin və bitki yağlarının qiymətində azalma olub ki, bu da şəkər, ət və süd məhsullarının qiymətlərindəki artımı kompensasiya edib.
Tothova bildirib ki, FAO İndeksi ixrac qiymətləri əsasında formalaşır.
"Bunlara adətən ixracatçı ölkənin müəyyən təyinat nöqtəsinə və ya limanına göndəriş daxildir, lakin son təyinat yerinə deyil. Son təyinat məntəqəsinə qədər sığorta və yükdaşıma qiyməti bir sıra parametrlərdən asılıdır", - o vurğulayıb.