Mirzoyan Türkiyəyə gedəcək
1 Mart 2024 12:05 DünyaErmənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 1-də Antalyaya səfər edəcək.
Olaylar.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "X" sosial şəbəkəsində məlumat verib.
Məlumata görə, Mirzoyan Antalya Diplomatik Forumunda iştirak edəcək.
Martın 3-dək davam edəcək səfər çərçivəsində erməni nazirin müzakirələrdə və ikitərəfli görüşlərdə iştirakı da nəzərdə tutulur. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31