Pakistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada altı silahlı öldürüldü

Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində təhlükəsizlik qüvvələri ilə toqquşma nəticəsində altı silahlı şəxs öldürülüb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan ordusunun media mənbəyi olan xidmətlərarası ictimai əlaqələr bölməsinin açıqlamasında, təhlükəsizlik qüvvələrinin vilayətin Şimali Vəziristan rayonunda kəşfiyyat xarakterli əməliyyat keçirdiyi bildirilib.

Məlumatda, həmçinin, əməliyyatın gedişində təhlükəsizlik qüvvələrinin bir hərbçisinin yaralandığı, çox sayda silah, sursat və partlayıcı qurğunun aşkarlandığı qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31