Xaçaturyan Kürdüstana niyə gedir?

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın başçılıq etdiyi nümayəndə heyəti İraq Kürdüstanının paytaxtı Ərbilə gəlib.

Olaylar.az xəbər verir ki, bu barədə Armenpress məlumat yayıb.

Qeyd olunur ki, erməni prezident Ərbildə İraq Kürdüstanının fəxri prezidenti Məsud Bərzani, prezident Neçirvan Bərzani və baş nazirin müavini Qubad Təlabani ilə görüşlər keçirəcək.

Vaaqn Xaçaturyan həmçinin Ərbilin tarixi qalasına və Aynkava rayonunda yerləşən erməni kilsəsinə baş çəkəcək.

Səfərin sonunda o, İraq Kürdüstanının erməni icmasının nümayəndələri ilə görüşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31