Budanovdan Zalujnının işdən çıxarılmasına reaksiya
29 Fevral 2024 14:07 DünyaUkrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov keçmiş baş komandan Valeri Zalujnının işdən çıxarılmasına münasibət bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
O, Prezident Zelenski ilə Zalujnı arasında fikir ayrılığının olmasına şübhə etdiyini bildirib. Budanov qeyd edib ki, prezidentlə hərbi rəhbər arasında çətin ki, şəxsi fikir ayrılıqları olsun, çünki biri digərinə tabedir.
Kəşfiyyatçı Zelenskinin düzgün qərar verdiyinə də eyham vurub:
"Hər şey yaxşıdırsa, hər şey əladırsa və hər şey düzgün aparılırsa, onda biz niyə indi olduğumuz vəziyyətdəyik?"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31