Türkiyədə adambaşına gəlirdə rekord qeydə alındı – SON RƏQƏM

Türkiyədə adambaşına düşən gəlir respublika tarixində ilk dəfə olaraq 13 110 dollara yüksəlib. 

Olaylar.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, 2023-cü ildə ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalının həcmi 1 trilyon dolları ötüb. 

Bu qədər ÜDM-in adambaşına düşən payı 307 952 TL və ya 13 110 dollar olub. 

Türkiyədə 2023-cü ilə qədər adambaşına ən çox gəlir 2016-cı ildə qeydə alınan 12 600 dollar idi. 

Müqayisə üçün bildirək ki, Azərbaycanda adambaşına ÜDM istehsalı ötən il 7 125 dollar təşkil edib.  (Sfera.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31