Seneqal sahillərində qayıq batdı - 23 miqrant öldü

Seneqalın şimalında miqrantları Avropaya daşıyan qayığın batması nəticəsində 23 nəfər ölüb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, qanunsuz miqrantları daşıyan qayıq Sen-Lui şəhəri sahilləri yaxınlığında batıb.

Qəza zamanı qayıqda 280 nəfərin olduğu deyilir. Xilasedicilər hazırda sağ qalanların axtarışı ilə bağlı əməliyyat keçirir. Milli donanmanın gəmiləri də axtarış-xilasetmə əməliyyatına cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31