Alman "möcüzə silahı" - Leopard 2 ailəsinin tankları Ukraynadakı döyüşlərdə ümidləri doğrultmadı-ÖZƏL
28 Fevral 2024 20:15 DünyaSuddeutsche Zeitung: T-72 tankından yüksək partlayıcı mərmi Ukrayna Leopard 2-ni zirehdən keçmədən məhv etdi.
Almaniyanın "Suddeutsche Zeitung" qəzetində dərc olunan xəbərlərə görə, Rusiya Silahlı Qüvvələri T-72 tankının yüksək partlayıcı sursatını mərmi kimi istifadə edərək, Almaniyanın "Leopard 2" tankını məhv edib.
Olaylar.az xəbər verir ki, Ukrayna qoşunlarına təhvil verilən "Leopard 2" ağır tankları Rusiya Silahlı Qüvvələrinin silahları ilə müqayisədə müdafiə, atəş gücü və manevr qabiliyyətinə görə üstünlük nümayiş etdirməyib.
Ukrayna mənbələrinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin itirdiyi "Leopard 2" tanklarının ümumi sayı təxminən iyirmidir, o cümlədən 7 ədəd Rabotino ərazisində məhv edilib.
Xatırladaq ki, Ukrayna ərazisində xüsusi hərbi əməliyyat 2022-ci il fevralın 24-də başlayıb.