İqlim dəyişikliyi balıqların kiçilməsinə səbəb olur- ÖZƏL
28 Fevral 2024 16:57 DünyaYeni araşdırmaya görə, qlobal istiləşmə səbəbindən balıqlar kiçilir. Dəniz sularının istiləşməsi daha kiçik planktonların səthə çıxması deməkdir. Bu o deməkdir ki, balıq ehtiyac duyduğundan daha az qida alır.
Olaylar.az xəbər verir ki, Tokio Universiteti bu yöndə araşdırma aparıb.
1978-2018-ci illər arasında toplanmış uzunmüddətli məlumatlara nəzər salan tədqiqatçılar skumbriya, hamsi və sardina da daxil olmaqla 13 balıq növünün fərdi çəkisini və ümumi biokütləsini təhlil ediblər.
Təhlil göstərdi ki, iqlim dəyişikliyinin okeanın istiləşməsi qida üçün daha böyük rəqabətə gətirib çıxarır. Qlobal istiləşməni dayandırmaq mümkün olmasa, balıqların keyfiyyəti aşağı düşə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31