Maliyyə infrastrukturu ayrı-ayrı ölkələrdən asılı olmamalıdır - ÖZƏL

Maliyyə infrastrukturu hər kəs üçün əlçatan olmalıdır və ayrı-ayrı ölkələrin iradəsindən asılı olmamalıdır.
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov BRİKS maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin ilk görüşündən sonra bildirib.
"Maliyyə infrastrukturu hər kəs üçün əlçatan olmalıdır və ayrı-ayrı ölkələrin iradəsindən asılı olmamalıdır. Əks halda biz hətta üçüncü ölkələr arasında ticarət, investisiya və texnologiyalar sahəsində süni şəkildə yaradılmış maneələrlə üzləşirik. Bu, qlobal iqtisadi artımın ləngiməsinə gətirib çıxarır", - deyə ekspert bildirib.
"Mövcud Qərb maliyyə infrastrukturuna və ehtiyat valyutalardan istifadəyə əsaslanan hazırkı sistemin bir sıra əsas mənfi cəhətləri var və getdikcə daha çox siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunur", - Siluanov vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31