Rusiya bəzi ölkə vətəndaşları üçün vizaları ləğv etməyə yaxındır - ÖZƏL
28 Fevral 2024 13:52 DünyaOlaylar.az xəbər verir ki, iqtisadi inkişaf nazirinin müavini Dmitri Vaxrukov bildirib ki, Rusiya Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı, Malayziya və Myanma ilə bir sıra ölkələrin vətəndaşları üçün vizaların ləğvi prosesini başa çatdırmaq üzrədir.
"Biz bunu bir çox ölkələrlə inkişaf etdiririk. Nəticəyə ən yaxın olduğumuz ən perspektivli ölkələr arasında Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı, Malayziya, Myanma kimi Yaxın Şərq, Cənub-Şərqi Asiya ölkələrini qeyd edərdim" - o, deyib.
Bu beş ölkənin vizaların ləğvi baxımından öndə olduğunu deyən nazir müavini Rusiyanın Çin və İranla qrup halında vizasız turist mübadiləsinə də keçən il start verildiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31