Parisdə biabırçılıq: Olimpiya təhlükəsizlik planlarının yazıldığı cihazlar oğurlandı
28 Fevral 2024 12:55 DünyaFransa paytaxtında biabırçı hadisə yaşanıb.
Paris meriyasının əməkdaşının yayda şəhərdə keçiriləcək Olimpiya Oyunlarının təhlükəsizlik planlarının olduğu notbuku oğurlanıb.
Məlumata görə, oğurluq hadisəsi barədə polisə şəhər meriyasının əməkdaşı, mühəndis məlumat verib. İşçi Parisdən Kreyə gedərkən qatarı dəyişəndə çantasının itdiyini görüb. Çantada kompüter və yaddaş kartları olub.
Hər üç cihazda təhlükəsizlik planları da daxil olmaqla "məxfi" qrifli məlumatlar olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31