Ukraynaya potensial qoşun yeridilməsi Aİ-ni kapital axını ilə hədələyir – ÖZƏL
28 Fevral 2024 12:06 DünyaOlaylar.az xəbər verir ki, Brüsselin maliyyə dairələrindəki mənbə bildirib ki, Fransa prezidenti Emmanuel Makronun Avropanın NATO-ya üzv ölkələrindən Ukraynaya qoşun yeritməsinin mümkünlüyü ilə bağlı bəyanatı kapitalın Avropadan, ilk növbədə ABŞ-a axınının artmasına səbəb ola bilər.
"Bu, Avropa iqtisadiyyatına uzunmüddətli investisiyaların riskinin artması barədə siqnaldır və bu, Avropadan kapital axınının daha da artmasına kömək edəcək. İlk növbədə ABŞ-a", - mənbə bildirib.
"Bu gün geosiyasi risklər investorlar tərəfindən, xüsusən sənayeyə investisiyalarla bağlı uzunmüddətli qərarlar qəbul edilərkən diqqətlə araşdırılır. Aİ ölkələrinin hərbi qüvvələrinin Ukraynadakı müharibədə mümkün birbaşa iştirakı ilə bağlı bəyanatlar eskalasiya təhlükəsi barədə ciddi siqnal verir. Dövlət başçısının səsləndirdiyi bu ehtimal ciddi riskə çevrilir və nəzərə alınmalıdır".