ABŞ seçkilər öncəsi Rusiyada vəziyyəti pozmaq istəyir - ÖZƏL
28 Fevral 2024 11:53 DünyaOlaylar.az xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfirliyi bildirib ki, ABŞ hakimiyyəti süni şəkildə rusofob isteriyanı qızışdırmaqla, prezident seçkiləri öncəsi Rusiyada daxili siyasi vəziyyəti pozmaq istəyir.
"ABŞ-da süni şəkildə qızışdırılan rusofob isteriya ABŞ hakimiyyətinin prezident seçkiləri ərəfəsində ölkəmizdə daxili siyasi vəziyyətin sabitliyini pozmağa yönəldiyini təsdiqləyir", - səfirliyin yaydığı bəyanatda deyilir.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin və ABŞ administrasiyasının digər nümayəndələrinin Rusiya əleyhinə bəyanatlarını diplomatlar belə şərh ediblər.
"Biz bu cür bəyanatları daxili işlərə qarışmaq üçün kobud cəhd kimi qiymətləndiririk", - səfirlik qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31