Makron özünü ifşa etdi – Zaxarova
28 Fevral 2024 11:06 DünyaMakronun Qərb quru qüvvələrinin Ukraynaya mümkün göndərilməsi ilə bağlı bəyanatı Fransa üçün biabırçılıqdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Kimi və hara göndərəcək? Zelenskinin bunkerini qorumağa? Əlbəttə ki, Fransa üçün belə ayıbdır. O özünü dövlət başçısı, siyasətçi kimi ifşa etdi. Bununla da kifayətlənmədi. Bu, antihitler koalisiyasının sıralarında bugünkü Fransanın BMT Təhlükəsizlik Şurasında yer almasını təmin edən insanlara atəş açmaqdır", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31