Türkiyə qadın terrorçunu MƏHV ETDİ

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Kamışlıda keçirilən əməliyyat zamanı YPG/YPJ-nin terror təşkilatının üzvlərindən olan Emine Seyid Ahmedi zərərsizləşdirib.

Olaylar.az bildirir ki, "Azadi Derik" kod adlı, suriyaəsilli Emine Seyid Ahmed 2011-ci ildə terror təşkilatına qoşulub. Onun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatları planlaşdırdığı müəyyən edilib.

Terror təşkilatının raketlərlə təminatı və istifadəsinə məsul olan Emine "Zeytin dalı" əməliyyat bölgəsində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı raket hücumları ilə bağlı təlimatlar verib.

Onun, həmçinin, Kilisdə mülki əhalini hədəf alan raket hücumlarına dair təlimatlar verdiyi məlum olub. (bizim.media)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31