Bütün tərəflər Moskvada Fələstindaxili görüşə hazırdır - ÖZƏL
27 Fevral 2024 16:43 DünyaOlaylar.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini, Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi elçisi Mixail Boqdanov bildirib ki, bütün tərəflər fevralın 29-dan martın 1-2-dək Moskvada keçiriləcək Fələstindaxili görüşdə iştirak etmək barədə razılığa gəliblər.
Görüşə hazırlıqların hansı mərhələdə olduğunu soruşduqda o, belə cavab verib: "Son mərhələdə hər şey hazırdır".
Boqdanov bütün tərəflərin iştiraka razı olduğunu təsdiqləyib.
"Bəziləri iki və ya daha çox nümayəndə göndərmək istəyir, bu bizim dəvət etdiyimizdən çoxdur. Deməli, tədbirdə iştirak etmək istəyənlər kifayət qədərdir" - o, deyib.
Xarici işlər nazirinin müavini daha əvvəl bildirib ki, Rusiya bütün Fələstin qüvvələrinin nümayəndələrini dəvət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31