Almaniya Prokurorluğu "Şimal axını" partlayışları ilə bağlı araşdırmaları davam etdirir - ÖZƏL

Olaylar.az xəbər verir ki,Almaniya Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərində baş verən partlayışlarla bağlı araşdırmaları davam etdirir, lakin İsveç və Danimarkadan aralıq nəticə alıb-almadığını açıqlamır.
"Yalnız onu deyə bilərəm ki, istintaq davam edir", - Almaniya hakimiyyətinin sözçüsü bildirib. 

Baş Prokurorluq İsveç və Danimarkanın hər hansı nəticə və ya dəlil paylaşıb-bilmədiyi sualına cavab verməyib. 

"Əlavə məlumat açıqlamırıq", - sözçü əlavə edib.
İsveç fevralın əvvəlində istintaqı dayandırıb. Danimarka oxşar qərarı fevralın 26-da bildirib.
Almaniya hökuməti bundan əvvəl Baltik dənizində qaz kəmərlərində təxribat aktlarının bütün hallarının araşdırılmasında maraqlı olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31