Quranı yandıran şəxsə 3,5 il həbs cəzası verildi - ÖZƏL

Olaylar.az xəbər verir ki, Qroznı məhkəməsi Nikita Juravel-i Ukrayna təhlükəsizlik xidmətinin göstərişi ilə məscidin qarşısında Quran nüsxəsini yandırmaqda ittiham edərək 3 yarım il müddətinə azadlıqdan məhrum edib.
Hakim Ruslan Dandayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Bu, ittiham tərəfinin tələb etdiyi cəzadır.
Juravel 2023-cü ilin mayında Volqoqradda saxlanılıb və orada yandırıb. O, dindirilmə zamanı etiraf edib ki, bunu Ukrayna təhlükəsizlik xidmətinin sifarişi ilə pul qarşılığında edib. Rusiya İstintaq Komitəsinin Çeçenistandakı əməkdaşları istintaqı öz üzərinə götürüb və müttəhim Qroznıdakı istintaq təcridxanasına köçürülüb.
O, Rusiya Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunub: dindarların hisslərini təhqir etmək və dini nifrətdən irəli gələn xuliqanlıq. İş üzrə şikayətçilər Qroznı məscidlərinin 13 imamı olub. Məhkəmədə Juravel özünü qismən təqsirli bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31