Fransanın baş naziri Ukraynaya hərbçilərin göndərilməsini istisna etməyib
27 Fevral 2024 14:20 DünyaFransanın baş naziri Qabriel Attal fransız hərbçilərin Ukraynaya döyüşə göndərilməsini istisna etməyib.
Olaylar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Avropa İttifaqının (Aİ) kandarında gedən müharibədə heç nəyi istisna etmək olmaz", - deyə Fransanın baş naziri bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Fransa prezidenti Emmanuel Makron da Aİ ölkələri tərəfindən Ukraynaya hərbçilərin göndərilməsi ehtimalını istisna etməyib.
Bundan başqa, Makron Ukraynaya silah tədarükü üzrə yeni koalisiyanın yaradılacağını elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31