Müxalifət namizədi prezident seçkilərində qalib gələrsə, Cənubi Afrika BRICS-i tərk edə bilər - ÖZƏL
27 Fevral 2024 12:58 DünyaOlaylar.az xəbər verir ki, Cənubi Afrikanın Rusiyadakı səfiri Mzuvukile Ceff Maqetuka bildirib ki, seçkilərdən sonra müxalifət hakimiyyətə gələrsə, Cənubi Afrika xarici siyasətini dəyişə və BRİKS-dən çıxa bilər.
"Rəsmi müxalifət seçkilərdə qalib gələrsə, Cənubi Afrikanın xarici siyasət mövqeyində dəyişikliklər olacaq. Ehtimal var ki, belə olarsa, Cənubi Afrika da Argentina kimi BRİKS-dən çıxarılacaq. Afrikanın qarşıdan gələn seçkiləri onun Rusiya ilə siyasi və iqtisadi tərəfdaşlığına təsir göstərə bilər" - o, deyib.
Elçinin fikrincə, buna səbəb CAR-da bir sıra müxalifət partiyalarının Rusiyaya qarşı düşmən münasibət bəsləməsidir ki, bu da Moskvanın təhlil edəcəyi bir məsələdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31