MDB XİN Şurasının iclasının keçiriləcəyi yer və vaxt MƏLUM OLDU
27 Fevral 2024 12:36 DünyaAprelin 12-də Minskdə MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının iclası keçiriləcək.
Olaylar.az Belarus KİV-lərə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında MDB-nin Baş katibi Sergey Lebedev məlumat verib.
"Ötən gün Belarusun xarici işlər naziri Sergey Aleynik ilə görüşdüm və artıq aprelin 12-də Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının qarşıdan gələn iclasına hazırlığı əsaslı şəkildə müzakirə etdik", - MDB-nin Baş katibi deyib.
Həmin iclasda müzakirə ediləcək əsas məsələlərdən biri MDB ölkələrinin beynəlxalq aləmdə qarşılıqlı fəaliyyəti olacaq. (Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31